Azərbaycanda könüllü şəxsi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 64 milyon 246 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 828 min manat və ya 3% azdır.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 66 milyon 73 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 14 milyon 353 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 961 min manat və ya 26% çoxdur.
Əvvəlki ilin eyni dövründə 11 milyon 392 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 22% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 17% təşkil edib.