Azərbaycanda könüllü qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 122 milyon 991 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 987 min manat və ya 1% azdır.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 123 milyon 978 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 27 milyon 719 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 665 min manat və ya 20% çoxdur.
Əvvəlki ilin eyni dövründə 23 milyon 53 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 29% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 24% təşkil edib.