Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 999 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 545 min manat və ya 2,2 dəfə çoxdur.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 454 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 39 min manat təşkil edib ki, bu da illik müqayisədə 34 min manat və ya 7,8 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 5 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3% təşkil edib.