Azərbaycanda könüllü qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 342 milyon 901 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39 milyon 919 min manat və ya 13,2% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 302 milyon 982 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 184 milyon 459 min manat təşkil edib ki, bu da illik müqayisədə 91 milyon 532 min manat və ya 98,5% çoxdur.
Ötən ilin eyni dövründə bu növ sığorta üzrə 92 milyon 927 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 53,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 23,1% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 30,7% idi.