Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 350 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 9 min manat və ya 4 dəfə çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 1 milyon 341 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 65 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 min manat və ya 7,2% çoxdur.
Ötən ilin eyni dövründə 60 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1,2% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,3% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 4,5% təşkil edib.