Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 420 milyon 845 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 104 milyon 788 min manat və ya 33,2% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 316 milyon 57 min manat təşkil edib.