Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 357 milyon 728 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68 milyon 946 min manat və ya 24% çoxdur.
Ötən ilin yanvar-iyun aylarında bu göstərici 288 milyon 783 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 233 milyon 93 min manat təşkil edib ki, bu da illik müqayisədə 105 milyon 815 min manat və ya 83% çoxdur.
Ötən ilin eyni dövründə 127 milyon 728 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 65% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 21% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 44% təşkil edib.