Azərbaycanda yanvar-iyun ayları üzrə cəmi könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 541 milyon 64 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 70 milyon 408 min manat və ya 15% çoxdur.
Ötən ilin yanvar-iyun aylarında bu göstərici 470 milyon 656 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 295 milyon 9 min manat təşkil edib ki, bu da illik müqayisədə 120 milyon 185 min manat və ya 69% çoxdur.
Ötən ilin eyni dövründə 174 milyon 824 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 55% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 18% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.