Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 545 milyon 203 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120 milyon 114 min manat və ya 28,3% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 425 milyon 89 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 294 milyon 793 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 50 milyon 87 min manat və ya 20,5% çoxdur.
Ötən ilin eyni dövründə 244 milyon 706 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 54,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,5% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 57,6% təşkil edib.