Azərbaycanda könüllü sığortalar üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 888 milyon 104 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 160 milyon 33 min manat və ya 22% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 728 milyon 071 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 479 milyon 253 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 141 milyon 619 min manat və ya 41,9% çoxdur.
Ötən ilin eyni dövründə 337 milyon 633 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 54% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 7,6% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 46,4% təşkil edib.