Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 620min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 180 min manat və ya 41% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 440 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 20 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 min manat və ya 9%azdır.
Əvvəlki ilin eyni dövründə 22 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.