2019-cu ildə Azərbaycanda avtomobillərin könüllü sığortasında kəskin artım baş verib.
Eləcə də bax: İki yerdə işləyənlər - TİBBİ SIĞORTANI BELƏ ÖDƏYƏCƏK - AÇIQLANDI
FED.az xəbər verir ki, 2018-ci ildə kasko sığortaya 28,5 min manat sığorta haqqı ödənilmişdisə, 2019-cu ildə bu göstərici 7,8 min manat və ya 27,6% artaraq, 36,3 min manata yüksəlib.
Yığımlarla yanaşı, kasko sığortada ödənişlər də yüksəlib. Belə ki, 2018-ci ildə sığorta şirkətləri kasko sığortası üzrə avtomobil sahiblərinə 9,6 min manat ödəniş etmişdilərsə, 2019-cu ildə bu göstərici 3,5 min manat və ya 36% artaraq 13,1 min manata yüksəlib.
Yığım və ödənişlərdə yanaşı, kasko sığortanın müştərilər üçün faydası, şirkətlər üçün isə zərəri artıb. Belə ki, 2018-ci ildə kasko sığorta üzrə zərər göstəricisi 33,7% olduğu halda, 2019-cu ildə bu göstərici 36%-ə yüksəlib.