Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq. Bu, yeni yaradılan Azərbaycanın məşğulluq xəritəsinin məlumatlarından istifadə hesabına mümkün olacaq.
FED.az xəbər verir ki, xəritə gələcəkdə əhali artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək. Bu da öz növbəsində rayonlarda yeni iş yerlərinin yaradılmasının zəruri olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.
Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, özünüməşğulluq proqramına cəlb olunmaq və işlə təmin olunmaq üçün müraciət edənlərin qeydiyyat proseduru da sadələşəcək.
Qeyd edək ki, məşğulluq xəritəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.
İşsizlikdən sığorta ödənişi barədə ətraflı məlumatı isə bu linklə əldə edə bilərsiniz.