Azərbaycanda işçilərin dələduzluğu üzrə könüllü sığorta üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 259 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 min manat və ya 0,8% azdır.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 261 min manat təşkil edib.
Bu növ sığorta növü üzrə sığorta ödənişləri edilməyib.