Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 11 milyon 777 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 238 min manat və ya 2,1 dəfə çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 5 milyon 539 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 785 min manat təşkil edib ki, bu da illik müqayisədə 67 min manat və ya 9,3% çoxdur. 2022-ci ilin eyni dövründə 718 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 6,7% olub. Bu da illik müqayisədə 6,3% azdır. Ötən ilin eyni dövründə zərərlilik 13% idi.