Azərbaycanda icbari sığorta üzrə cəmi yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 249 milyon 863 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 72 milyon 209 min manat və ya 40,6% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 177 milyon 654 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 80 milyon 235 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 8 milyon 388 min manat və ya 28,5% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 71 milyon 848 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 40,4%, 2023-cü ildə 32,1% təşkil edib. İllik müqayisədə 8,3%-lik azalma qeydə alınıb.