2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 85 785 min manat sığorta haqqı hesablanıb.
Eləcə də bax: Həyat sığortası 15%, qeyri-həyat sığortası isə - 5% Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2019-cu ilin yanvar-noyabr dövrü ilə müqayisədə 6 milyon 809 min manat və ya 7.4% azalıb.
2019-cu ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 92 594 min manat sığorta haqları hesablanmışdı.
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 51 577 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişləri isə 15% azalıb.