Azərbaycanda könüllü sığortalar üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 812 milyon 599 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 154 milyon 960 min manat və ya 23,6% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 657 milyon 639 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 398 milyon 352 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 84 milyon 605 min manat və ya 27% çoxdur.
Ötən ilin eyni dövründə 313 milyon 747 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 49% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 48% təşkil edib.