Azərbaycanda könüllü həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 37 milyon 871 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 566 min manat və ya 17,2% çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 32 milyon 304 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 21 milyon 317 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 745 min manat və ya 8,9% çoxdur.
Ötən ilin eyni dövründə 19 milyon 573 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 56,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4,3% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 60,6% təşkil edib.