Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 46,6% artıb.
Hansı sığorta şirkətinə etibar edəcəksiniz? – SORĞU NƏTİCƏSİ
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 327,1 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 103,9 milyon manat artıb. Belə ki, 2021-ci ilin ilk yarısında həyat sığorta şirkətləri 223,1 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,1%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 85,2% təşkil etmişdi.
Bu ilin on ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 6% azalaraq 197,4 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 210 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər. (Apa)