Azərbaycanda həyatın yaşam sığortası yığım və ödənişlərdə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə 239 milyon 257,1 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 164 milyon 810,1 min manat və ya 45,2% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 318 milyon 65,4 min manat olmuşdu.
Həyatın yaşam sığortası üzrə cəmi ödənişlər isə 2023-cü ilin yanvar-may aylarında 93 milyon 329,3 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 44 milyon 042,7 min manat və ya təxminən 89,4% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 49 min 286,6 min manat təşkil edib.
Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 39% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 29% olmuşdu.