Azərbaycanda könüllü sığorta üzrə cəmi yığım və ödənişlərdə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-mayaylarında bu növ sığorta üzrə 410 milyon 666,3 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 92 milyon 601 min manat və ya 29,1% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 318 milyon 65,4 min manat olmuşdu.
Könüllü sığorta üzrə cəmi ödənişlər isə 2023-cü ilin yanvar-may aylarında 133 milyon 340,3 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 42 milyon 741,9 min manat və ya təxminən 47,2% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 90 min 598,5 min manat təşkil edib.
Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 32,5% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 28,5% olmuşdu.