Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 425 milyon 081,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 97 milyon 969,4 min manat və ya 29,9% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 327 milyon 112,1 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 249 milyon 929,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 52 milyon 527,7 min manat və ya 26,6% çoxdur.
Keçən ilin eyni dövründə 197 milyon 402,2 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 58,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 60,3% təşkil edib.