Azərbaycanda cəmi həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 459 milyon 506,8 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 108 milyon 068,6 min manat və ya 30,8% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 351 milyon 438,3 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 251 milyon 731, milyon manat təşkil edib ki, bu da illik müqayisədə 52 milyon 123,9 min manat və ya 26,1% çoxdur.
Keçən ilin eyni dövründə 199 milyon 607,1 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 54,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 56,8% təşkil edib.