Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 32 milyon 932 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 709 min manat və ya 27,4% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 25 milyon 852 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 30 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 489 min manat və ya 19,4% çoxdur.
Ötən ilin eyni dövründə 2 milyon 520 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6,2% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 9,7% təşkil edib.