Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 25 milyon 363 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 672 min manat və ya 28,8% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 19 milyon 690 min manat təşkil edib.