Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 764 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 437 min manat və ya 33% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 1 milyon 327 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 77 min manat təşkil edib ki, bu da illik müqayisədə 33 min manat və ya 76,1% çoxdur.
Ötən ilin eyni dövründə 44 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3% təşkil edib.