Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 1 milyon 999 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 178 min manat və ya 9,8% çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 1 milyon 822 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 233 min manat təşkil edib ki, bu da illik müqayisədə 133 min manat və ya 2,3 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 100 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 11,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6,1% təşkil edib.