2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) könüllü həyat sığortaları üzrə cəmi 262 milyon 11 min manat sığorta haqları hesablanıb.
Eləcə də bax: Sığorta şirkətlərinin vəziyyəti açıqlandı – CƏDVƏL, MƏBLƏĞLƏR
FED.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə cəmi yığım 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində 48 milyon 68 min manat və ya 22,5% artıb. 2020-ci ilin 10 ayı ərzində könüllü həyat sığortaları üzrə 213 milyon 943 min manat sığorta haqları heablanmışdı.
2021-ci ilin 10 ayı ərzində icbari həyat sığortası üzrə 52 milyon 35 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 739 min manat və ya 14,9% çoxdur. 2020-ci ilin 10 ayı ərzində icbari həyat sığortası üzrə 45 milyon 296 min manat sığorta haqları hesablanmışdı.
2021-ci ilin 10 ayı ərzində könüllü və icbari həyat sığortası növləri üzrə cəmi 314 milyon 46 min manat sığorta haqları heablanıb, bu da cəmi 705 milyon 699 min manatlıq sığorta bazarının 44,5%-inə bərabərdir.