Azərbaycanda əmlak sığortası üzrə cəmi yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 176 milyon 565 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 29 milyon 47 min manat və ya 19,7% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 147 milyon 518 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 48 milyon 683 min manat təşkil edib ki, bu da illik müqayisədə 31 milyon 289 min manat və ya 2,8 dəfə artır.
Keçən ilin eyni dövründə 17 milyon 393 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 27,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11,8% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 15,8% təşkil edib.