Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 989 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 97 min manat və ya 28,2% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 3 milyon 891 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 176 min manat təşkil edib ki, bu da illik müqayisədə 44 min manat və ya 19,9% azdır.
Ötən ilin eyni dövründə 219 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.