Azərbaycanda könüllü şəxsi sığortaya maraq artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 132 milyon 22 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 696 min manat və ya 8,8% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 121 milyon 325 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 83 milyon 87 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 136 min manat və ya 17,1% çoxdur.
Ötən ilin eyni dövründə bu növ sığorta üzrə 70 milyon 951 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 62,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4,5% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 58,5% idi.