2020-ci ilin yanvar-may aylarında Azərbaycanda ən zərərli sığorta növləri həyatın yaşam sığortası və avtoombillərin icbari sığortası olub.
Eləcə də bax: «Sığorta şirkətləri 2 litr aşağı avtomobilə görə – KOMİSSİYANI DAYANDIRIBLAR»
FED.az-ın tərtib etdiyi renkinqdən məlum olur ki, ilk 5 ayda həyatın yaşam sığortası ilə bağlı ödəniş/yığım nisbəti 71,5% təşkil edib. Avtomobillərin icbari sığortasında isə bu göstərici 68,2%-dir.
Bu dövrdə tibbi sığorta üzrə zərər dərəcəsi 44,3%, kasko sığortasında isə 29,6% təşkil edib.
Daşınmaz əmlaskın icbari sığortası üzrə zərərlilik cəm i 10% təşkil edir.
Kənd təsərrüfatı heyvanlarının sığortası da kifayət qədər ödənişlidir – burada ödəniş/yığım nisbəti 18,6% təşkil edir.
İstehsalatda bədbəxt hadisələr üzrə sığorta ödənişi/yığım nisbəti cəmi 3% təşkil edib.
İlk 5 ayda bəzi sığorta növləri üzrə ümumiyyətlə ödəniş edilməyib. Bunlar əmək qabiliyyətinin könüllü sığortası, sağalmaz xəstəliklərdən sığorta, sərnişinlərin icbari fərdi qəza sığoortası və başqalarıdır.