Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 533 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 949 min manat və ya 26% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 585 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 165 min manat təşkil edib ki, bu da illik müqayisədə 45 min manat və ya 45% azdır.
Ötən ilin eyni dövründə 210 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6% təşkil edib.