Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 74 milyon 928 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 577 min manat və ya 12.9% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 66 milyon 531 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 75 milyon 415 min manat təşkil edib ki, bu da illik müqayisədə 73 milyon 987 min manat və ya 53 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 1 milyon 428min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 100% təşkil edib. Zərərlilik son bir ildə 98.5% artıb,
Ötən ilin eyni dövründə zərərlilik 2% idi.