Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 58 milyon 921 min manat sığorta haqqı toplanılıb.
Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 6% azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60.4% çoxdur. 2022-ci ilin 7 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 36 milyon 734 min manat təşkil edib.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5.3 dəfə artaraq 3 milyon 241 min manat olub.