Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 72 milyon 610 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 445 min manat və ya 48% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 49 milyon 164 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 551 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 547 min manat və ya 5,5 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 1 milyon 3 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.