Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 47 milyon 642 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 973 min manat və ya 23% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 38 milyon 669 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 18 milyon 271 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 56 min manat və ya 20% çoxdur.
Ötən ilin eyni dövründə 15 milyon 215 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 38% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 39% təşkil edib.