Azərbaycanda könüllü sığortalar üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 748 milyon 890,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 147 milyon 037,9 min manat və ya 24,4% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 553 milyon 565 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 364 milyon 539,7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 85 milyon 320,7 min manat və ya 30,6% çoxdur.
Keçən ilin eyni dövründə 279 milyon 219 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 48,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,3% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 46,4% təşkil edib.