Azərbaycanda cəmi icbari sığortalar üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 71 milyon 657,7 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 303,1 min manat və ya 13,1% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 63 milyon 354,7 min manat təşkil edib.