Azərbaycanda həyatın yaşam sığortasının yığım və ödənişləri üzrə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 64 milyon 933,9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 750,2 min manat və ya 40,6% çoxdur. Belə ki, keçən ilin fevral-aylarında bu göstərici 46 milyon 183,7 min manat təşkil edib.
Sığorta ödənişləri isə cari ilin yanvar-fevral aylarında 37 milyon 348,9 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 27 milyon 994,6 min manat və ya təxminən 4 dəfə (299,3%) artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 9 milyon 354,3 min manat təşkil edib.
2023-cü ilin ilk 2 ayında bu sığortanın zərərliliyi cəmi 57,5% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 20,3% olmuşdu