Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlərdə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə 205 milyon 490 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 114 min manat və ya 40,4% çoxdur. Belə ki, keçən ilin yanvar-aprel aylarında bu göstərici 146 milyon 376 min manat təşkil edib.
Həyatın yaşam sığortası üzrə ödənişlər isə 2023-cü ilin yanvar-aprel aylarında 71 milyon 539 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 9 milyon 188 min manat və ya təxminən 14,7% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 30 milyon 276 min manat təşkil edib.
2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 34,8% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 42,6% olmuşdu.
Qeyd edək ki, həyatın yaşam sığortası klassik sığorta məqsədləri ilə yanaşı, həm də yığım vasitəsilə məqsədilə istifadə edilir. Yaşam sığortasının əsas gəlirliyi əmək haqqından məcburi ödənişlərin təyanatı üzrə ödənilməyərək vətəndaşın hesabına yatırılmasıdır. Bu səbəbdən sığortanın gəlirliyi illik 25-40% arasında dəyişir.
Spesifik olduğuna görə, ölkə əhalisinin əksəriyəti onun imkanları barədə tam məlumatlı deyil, amma maliyyə savadlığı yüksək olan insnalar bu sığortadan istifadəedirlər. Həyatın yaşam sığortası xüsusilə maliyyə sektorunda çalışanlar, bank işçiləri arasında populyardır.