Azərbaycanda avtomobillrin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığım və ödənişlərdə artım qeydə alınıb.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 48 milyon 168 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 191 min manat və ya 60,7% çoxdur. Belə ki, keçən ilin yanvar-aprel aylarında bu göstərici 29 milyon 997 min manat olmuşdu.
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər isə 2023-cü ilin yanvar-aprel aylarında 30 milyon 631 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 1 milyon 726 min manat və ya təxminən 6% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 28 milyon 905 min manat təşkil edib.
2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 63,6% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 96,4% olmuşdu.