Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası yığım və ödənişlərdə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə 17 milyon 994,1 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 543,5 min manat və ya 16,5% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 15 milyon 450,6 min manat olmuşdu.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə cəmi ödənişlər isə 2023-cü ilin yanvar-may aylarında 7 milyon 573 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 515,9 min manat və ya təxminən 7,3% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 7 milyon 57,1 min manat təşkil edib.
Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 42,1% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 45,7% olmuşdu.