Azərbaycanda daşınmaz əmlakın icbari sığortası yığım və ödənişlərdə artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə 52 milyon 769,1 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 595 min manat və ya 64% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 32 milyon 174,1 min manat olmuşdu.
Daşınmaz əmlakın icbari sığortası üzrə cəmi ödənişlər isə 2023-cü ilin yanvar-may aylarında 878,5 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 437,9 min manat və ya təxminən 100,6% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 440,6 min manat təşkil edib.
Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 1,7% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 1,4% olmuşdu.