Azərbaycanda cəmi icbari sığortalar üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 249 milyon 863 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 72 milyon 209 min manat və ya 40,6% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 177 milyon 654 min manat təşkil edib.