Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 7 milyon 106.5 min manat sığorta haqqı yığılıb.
Eləcə də bax: Könüllü sığorta 8%, icbari sığorta isə - 5% Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu müddətdə eyni sığorta növü üzrə 4 milyon 708.2 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 3% artıb, ödənişlər 22.3% azalıb.
Hesabat əsasən, bu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 2 milyon 705.1 min manat sığorta haqqı yığılıb, 727 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 62%, ödənişlərdə isə 27% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 104 milyon 11 min manat, ödənişləri 56 milyon 841 min manat təşkil edib.