Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 25 milyon 572 min manat sığorta haqqı hesablanıb.
Eləcə də bax: Azərbaycanda könüllü sığorta 9%, icbari sığorta isə - 12% Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabatına görə, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0.2% azalıb.
2021-ci ilin yanvar-avqust dövründə avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə sığorta ödənişləri isə 18% artıb. Belə ki, bu dövrdə 9 milyon 817 min manat sığorta ödənişi edilib.