Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 398,83 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-AVQUST,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-avqust aylarına nisbətən 9% çoxdur.
Ötən 8 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11,65% artaraq 181,767 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 257,744 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 17,65% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 87% artaraq 82,122 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-avqust aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 64,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-avqust aylarında 59,9 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 27 manatdan 45,2 manata çatıb. (Renkinq)