Azərbaycanın sığorta bazarında maraqlı yenilik başlayıb.
Eləcə də bax: AMB 93 fiziki şəxs olan sığorta agentinin lisenziyasını ləğv edir – SİYAHI
FED.az-ın əldə etdiyi məlumata görə, sığorta agenti lisenziyası olan şəxslərə sığorta şirkətində vəzifə tutmaq qadağan edilib.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-İYUL,2021)
Həmin şəxslərin qarşısına tələb qoyulub ki, ya işi tərk etməli, ya da sığorta agentli lisenziyasından imtina etməlidir.
Belə hallarla rastlaşan sığorta agentləri bu tələbi ədalətsiz və qanunsuz sayırlar.
Onlardan biri, Şəki şəhərində fəaliyyət göstərən sığorta agenti Məmməd Məmmədov FED.az-a bildirib ki, sığorta bazarında olan neqativ halların aradan qalxması üçün mütəxəssislər tərəfindən verilən təkliflər lazımı qədər nəzərə alınmadan qanunvericiliyə edilən dəyişikliklər isə, vəziyyətin yaxşılaşmasına yox, daha da pisləşməsinə gətirib çıxarır.
Qanunvericiliyə edilən və ən böyük problemi yaradan dəyişiklik – sığorta agenti lisenziyası olanlarla bağlı yeni tələblərdir.
«Sığorta fəaliyyəti haqqında» Qanunun 94.3-cü maddəsinə əsasən fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
Nəticədə artıq bəzi sığorta şirkətlərində sığorta agenti fəaliyyətinə dair lisenziyası olan işçilərdən tələb olunur ki, ya sığorta şirkətində tutduqları vəzifədən, ya da lisenziyadan imtina etsinlər.
Halbuki, agentin sözlərinə görə, qadağa sığorta agenti fəaliyyətinə dair lisenziyası olan şəxsdən yox, həmin lisenziyaya əsasən faktiki olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan şəxsdən gedir.
Yəni qanun sığorta şirkətində vəzifə tutan şəxslərə lisenziyaya malik olmağı yox, lisenziyadan istifadə etməyi, yəni sığorta agenti fəaliyyəti ilə məşğul olmağı qadağan edir.
Sığorta Fəaliyyəti Haqqında AR Qanunun 82.2-ci maddəsində - sığorta agentinin tərifində də göstərilir ki, “Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti - sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.”
Göründüyü kimi, sığorta agenti dedikdə, lisenziyası olan şəxs yox, faktiki olaraq vasitəçilik fəaliyyətini həyata keçirən şəxs nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, müvafiq qanunun 94.3-cü maddəsinə edilmiş dəyişiklik düzgün tətbiq edildiyi halda, həqiqətən də təqdirəlayiqdir.
«Çünki, bir nəfərin həm sığorta şirkətinin işçisi, həm də müqavilə əsasında sığorta vasitəçisi olması müəyyən neqativ halların əmələ gəlməsinə səbəb ola bilir. Lakin lisenziyası olan şəxsin sığorta şirkətində işləyə bilməsi üçün şərt olaraq lisenziyadan imtina etməsi məntiqsiz olmaqla yanaşı, həm də qanunsuzdur»-deyə M.Məmmədov bildirir.
Onun sözlərinə görə, qanunvericilik düzgün tətbiq edilsə, qanuni sığorta agentlərinə ciddi ehtiyac yaranacaqr. Əks halda isə qanunsuz sığorta vasitəçiliyi ilə məşğul olan şəxslərin daha da artmasına gətirib çıxaracaq.
Bundan başqa, müraciətdə bildirilir ki, AMB sığorta şirkətlərinə «Sığorta fəaliyyəti haqqında» qanunun 94.3-cü maddəsinin tətbiqi zamanı sığortaçıda vəzifə tutan şəxslərə qarşı lisenziyadan imtina tələbinin yox, faktiki olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olmağın qadağan olunması tələbinin qoyulmasını təmin etsin.
Yeri gəlmişkən, sığorta agentinin müraciətinə cavab olaraq Mərkəzi Bankdan bildirilib ki, qanuna yeni dəyişiklik sığorta agenti lisenziyası olan şəxsin sığorta şirkətində işləməsini qadağan edir. Ona görə də lisenziyaların ləğvi və ya işdən çıxarılma tələbi qanunidir.